Dini Araşdırmalar Mərkəzinin elan etdiyi "Nəsimidən Füzuliyə" adlı şeir müsabiqəsi davam edir.
Islam.az-ın verdiyi xəbərə görə, müsabiqənin münsiflər heyətinə şair və klassik ədəbiyyat bilicisi Arif Buzovnalı rəhbərlik edir.
Müsabiqə şərtlərinə cavab verən şeirlərinizi (tərcümeyi-hal və əlaqə telefonları ilə birlikdə) bu elektron ünvana yollaya bilərsiniz: [email protected]
Müsabiqəyə 15 apreldə yekun vurulacaq.
Müsabiqənin şərtləri:
1. Müsabiqəyə Nəsimi və Füzulinin əsərlərinə yazılmış nəzirə, iqtibas, təzmin, təxmis və s. şeirlər qəbul edilir. Müsabiqədə çap olunmamış şeirlər keçərlidir.
2. Müsabiqədə 40 yaşadək olan müəlliflər iştirak edə bilərlər (müsabiqə gənclər üçün nəzərdə tutulub).
3. Müəlliflərin şeiri və qısa tərcümeyi-halı 15.04.2019 tarixinədək qəbul olunur.
Müsabiqənin 3 nəfər qalibi müqəddəs Kərbəla ziyarəti və fəxri diplomla mükafatlandırılacaq.
