POPULYARXƏBƏRLƏR

Azərbaycan parlamentində İranda Urmiya gölünün quruması problemi müzakirə edilib

Siyavuş Novruzov: “İrandakı azərbaycanlılar səslərini qaldırmalı və aktiv olmalıdırlar”

Azərbaycan Milli Məclisinin 2011-ci il payız sessiyasının ilk iclasında bir neçə millət vəkili İrandakı Urmiya gölünün quruması məsələsini qaldıraraq İran hökumətinin buna etiraz edən azərbaycanlılara qarşı həyata keçirdiyi tədbirləri tənqid edib. APA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva hazırda Urmiya gölünün quruması ilə Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının həyatının təhlükədə olduğunu deyib. O, İran parlamentinə səslənib: “Azərbaycanlıların səsini eşidin. Urmiya gölünün qurudulmasına etiraz edən azərbaycanlıları həbs edir, yaralayır, səsini qaldıranların ailələrinə qarşı repressiyalar həyata keçirilir. Bu, bizim milyonlarla insanımızın həyatına təsir edir. Dünyada elə bir dövlət yoxdur ki əhalinin yarıdan çoxu öz ana dilində təhsil ala bilməsin. Mən İran parlamentinə səslənirəm. Azərbaycan əleyhinə fəaliyyət göstərən “Səhər” kanalına verdiyiniz pulu Urmiya gölünün qurumasının qarşısını almağa yönəldin”.

Daha sonra beynəlxalq təşkilatlara üzünü tutan Q. Paşayeva insan haqları ilə məşğul olan qurumları bu proseslərə göz yummamağa çağırıb.

Mövzu barədə çıxış edən Fəzail Ağamalı qeyd edib ki, bu gölün quruması regionun ekologiyasının pozulmasına təsir göstərəcək, Azərbaycan və Naxçıvan MR bu təsiri daha çox hiss edəcək. Deputat bildirib ki, Azərbaycan parlamenti İran parlamentinə müraciət edərək bu sahədə aktivliyi artırmasını istəyə bilər. Onun fikrincə, rəsmi Bakı bu məsələdə İrana öz köməyini təklif etməlidir.

Q. Paşayevanın fikirlərini Fərəc Quliyev və Siyavuş Novruzov da dəstəkləyib. S. Novruzov hesab edir ki, bu problem barədə ayrıca bəyanat da qəbul edilə bilər: “Amma gərək orada yaşayan azərbaycanlılar da səslərini qaldırsınlar. Onlar da aktiv olmalıdırlar”.

İqbal Ağazadə isə bəyan edib ki, İranda 35 milyon Azərbaycan türkünün haqları pozulur. Bu prosesi eynilə 1988-ci ildə Ermənistandan azərbaycanlıların köçürülməsinə rəsmi Bakının səssiz qalması ilə müqayisə edən millət vəkili, Urmiya gölünün qurumasının ətrafdakı 14 milyon azərbaycanlının köçürülməsinə hesablandığını vurğulayıb: “Azərbaycan hökuməti buna göz yummamalı, kəskin etiraz bildirməlidir. Müvafiq qurumlar bununla bağlı öz mövqeyini sərt şəkildə açıqlamalıdır”.



Yerləşdirilib:30 Sentyabr, 2011  16:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com