əmən ordusu ABŞ-da doğulub-böyüyən və daha sonra Ərəbistan yarımadasında “Əl-Qaida”ya rəhbərlik edən radikal imam Ənvər əl-Avlakini qətlə yetirib.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hələ Üsamə bin Ladenin öldürülməsindən əvvəl – 2011-ci lin fevral ayında ABŞ Milli Antiterror Mərkəzi Avlakini dünyanın ən təhlükəli terrorçusu elan edib. O, 2009-cu ildə ABŞ ordusunun mayoru Nidal Hasanın 13 əsgəri öldürməsi və 30 əsgəri yaralaması ilə nəticələnən olayda, eləcə də nigeriyalı Ömər Faruk Abdulmutallibin Detroyta uçan təyyarəni partlatmaq cəhdində iştirakda günahlandırılırdı.
Hələlik əl-Avlakinin ölümü ilə bağlı rəsmi açıqlama yayılmayıb.