Bu gün İslamabadda ölkədə fəaliyyət göstərən siyasi partiyaların və hərəkatların rəhbərlərinin iştirakı ilə iclas keçirilir. İclasda ABŞ-ın Pakistana zərbələr endirmək təhlükəsi müzakirə olunur.
SalamNews-un İTAR-TASS'-a istinadən verdiyi xəbərə görə, iclas Pakistanın Baş naziri Yusuf Gilaninin təşəbüsü ilə çağırılıb.
Yayılan xəbərlərə görə, ABŞ administrasiyası rəsmi İslamabadı əfqan taliblərinin ən güclü birləşmlərindən olan ''Hakani şəbəkəsi''nə dəstək verməkdə ittiham edərək, Əfqanıstanla sərhəd bölgələrdə birtərəfli əməliyyatlar keçirməklə hədələyib. Pakistan höküməti isə ölkə ərazisinə hərbi zərbələr endiriləcəyi tədqirdə adekvat cavab verəcəyini bildirib.
ABŞ-Pakistan münasibətlərinin qəflətən pisləşməsi ölkədə fikir ayrılığına malik qüvvələrin birləşməsinə səbəb olub. Onlar aralarındakı ziddiyətləri unudaraq höküməti dəstəkləmək qərarına gəliblər. Konfrans zamanı iştirakçı partiyaların adından birgə bəyannamənin qəbul ediləcəyi gözlənilir.