Yeni Zelandiya Baş naziri Casinda Ardern Kraystçörç şəhərində məscidlərə edilən hücum nəticəsində 49 nəfərin öldüyünü təsdiqləyib.
Onun sözlərinə görə, Linvuddakı (Kraystçörç ətrafında yerləşir - red.) məsciddə 10, şəhərin birbaşa özündə Din-avenyudakı məsciddə 30 nəfər ölüb, 20-dən çox adam ağır yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdiriliblər.