POPULYARXƏBƏRLƏR

Rəcəb ayı başlayır: hansı əməllər yerinə yetirilməlidir?

Bu il Rəcəb ayı mart ayının 8-i başlayır. Bu ayda hansı əməllər yerinə yetirilməlidir?

İslam mənbələrində göstərilib ki, Rəcəb ayında hər gün səhər və axşam, namazlardan sonra bu duanı oxumağın çox böyük savabı vardır.

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəh, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya Kərim.”

Tərcüməsi: "Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir. İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et. İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et. İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”

Sonra saqqalı varsa sol əli çənəyə (və ya saqqalı yoxdursa başa) qoyub (qadınlar sadəcə oxuyurlar), sağ əlin şəhadət barmağını qibləyə tərəf tutub bir qədər qaldıraraq deyirsən: “Ya zəl-cəlali vəl ikram, ya zənnə’mai vəl cud, ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” (sol əlini başına qoyan “şeybəti” sözünün yerinə “şəri ” desin).

Tərcüməsi: "Ey cəlal sahibi və əta edən! Ey nemət və mərhəmət sahibi! Ey əta edənlərin ən səxavətlisi! Mənim ağarmış saçlarımı Cəhənnəm odundan qoru, ey mərhəmətlilərin ən mərhəmətlisi".

Rəcəb ayında oruc tutmağın da böyük savabı vardır.  İmam Sadiqdən belə bir hədis var: “Rəcəb ayında oruc tutanın savabının miqdarını Allahdan başqası bilmir. Həqiqətən bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Ona hörməti böyük etmiş və oruc tutanlarını əziz tutacağını özünə vacib etmişdir”

Həmçinin İmam buyurub: “Hər kim bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kim bu ayın son günlərindən ikisini oruc tutarsa, Sirat körpüsündən asanlıqla keçər. Hər kim bu ayın son günlərindən üç günü oruc tutarsa, böyük Qiyamət gününün və o günün şiddət və qorxusundan amanda olar”.

Digər bir hədisdə deyilir ki, hər kim Rəcəb ayının sübhündə və əsrində 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyər və sonra əllərini qaldırıb deyərsə: "Əllahum-məğfirli və tub ələyyə", əgər həmin adam bu ayda ölərsə, Rəcəbin bərəkətinə görə od onu yandırmaz.

Həzrət Peyğəmbər (s) buyurub: “Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: "Əstəğfirullahə və əs’əluhut-tövbə".



Yerləşdirilib:6 Mart, 2019  14:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com