Görkəmli islam alimi ayətullah Makarem Şirazi Türkiyə siyasətini çox sərt tənqid edib.
.
SalamNews ayətullah Şirazinin rəsmi saytına istinadən xəbər verir ki, alim, qonşu ölkənin siyasətinə təəsüfləndiyini bildirib. Onun sözlərinə görə, “Türkiyənin hər nə qədər İsrail ilə müxalif kimi görünsə də, bu ona müsəlmanlara “arxadan bıçaqla zərbə endirməyə mane olmayıb”.
Qum şəhərində çıxışında o, bütün müsəlman və türk dünyasını Türkiyənin apardığı siyasəti pisləməyə çağırıb.
Makarem Şirazinin sözlərinə görə, Türkiyə Suriya əleyhinə ABŞ və Səudiyyə Ərəbistanı ilə birləşib. Bu isə Liviyada baş verdiyi kimi, böyük sayda müsəlmanların ölümünə gətirib çıxara bilər.
Ayətullah Şirazi deyib: "Suriyanın yeganə günahı odur ki, İsrailə qarşı mübarizə aparır".