Oxucu sual verir: Dəstəmazda istifadə olunmuş suyu yenidən istifadə etmək olarmı, yoxsa o su daha pak sayılmır?
Dəstəmazın əsas şərtlərindən biri budur ki, dəstəmaz almazdan qabaq dəstəmaz üzvləri pak olsun. Dəstəmaz üzvləri deyərkən yuyulan və məsh edilən yerlər nəzərdə tutulur. Belə ki, əgər bədənin həmin yerləri nəcasətə bulaşmışsa, əvvəlcə pak edilməli, sonra dəstəmaz alınmalıdır. Bu şərtə əməl edildiyi halda dəstəmazdan tökülən su da pak sayılmalıdır. Dəstəmaz üzvlərindən axıb tökülən, eləcə də, dəstəmazdan artıq qalan su pak hökmündədir və ondan istifadə etmək olar. Həmçinin, həmin su ilə yenidən dəstəmaz almaq da icazəlidir.