Deyerler.Org: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obamanın təklifini rədd etdiyi barədə məlumat yayılıb. "AA"nın İsrail rejiminin “Yedioth Ahronot” qəzetinə istinadən verdiyi xəbərdə deyilir ki, İsrail rejimi ilə Türkiyə aralarındakı böhranı həll etmək üçün müzakirələrə başlayıblar. Müzakirələr isə Obamanın təşəbbüsü ilə aparılır.

Bundan başqa, qəzet iddia edir ki, Obama Ərdoğana İsrail rejimi ilə əlaqələri düzəltmək üçün bu ölkənin prezidenti Şimon Perez ilə telefonla danışmağı təklif edib. Lakin Ərdoğan Obamanın bu təklifini rədd edərək deyib ki, onlar üzr, təzminat və Qəzza blokadasının aradan qaldırılması tələbindən geri çəkilməyəcəklər.