İşğal olunmuş Fələstin ərazilərində qurulmuş İsrail rejimi Misir hökumətini məhkəməyə verməyə hazırlaşır.(dunyabulteni) Buna səbəb son 6 ay ərzində Misirdən İsrail rejiminə qaz nəql edən qaz xəttində baş verən bir neçə partlayışdır.
deyerler.org un məlumatına görə İsrail rejiminin rəsmiləri bildiriblər ki, 2011-ci il ərzində 200 gün boru xətti bu partlayışlara və ölkədəki xalq hərəkatına görə fəaliyyət göstərməyib. Məhz bu səbəbdən İsrail rejimi Misirin Şərqi Aralıq Qaz Şirkətini məhkəməyə verəcəyini açıqlayıb. Sionist mediası yazır ki, qaz kəmərindəki kəsilmələr ölkəyə 8 milyard dollar zərər vurub.