İran 200 km radiusda yerləşən dəniz hədəflərini vurmaq gücünə malik "Qəder" qanadlı raketlərinin istehsalına başlayır.
SalamNews-un "İRNA"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri, briqada generalı Əhməd Vahidi məlumat verib.
"Qəder" raketlərinin istehsalının başlanmasına hər olunmuş tədbirdə iştirak edən general bildirib ki, kütləvi istehsal qısa zamanda həyata keçiriləcək. Dəniz qanadlı raketləri həm müdafiə, həm də hücum məqsədilə istifadə oluna bilər. Bu raketlər operativ və yüksək dəqiqliklə düşmən gəmilərini məhv etmək gücünə malikdir.