Bü gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İslam Partiyasının üzvlərinin cinayət işi üzrə növbəti iclas keçirilib.

SalamNews-un məlumatına görə, dinləmələr zamanı dövlət ittihamçısı Azərbaycan İslam Partiyasının (AİP) sədri hacı Mövsüm Səmədov və partiya üzvləri-onun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallıdan ruhani seyid, partiyanın sədr müavini Vaqif Abdullayev, partiyanın Astara rayonun nümayəndəliyinin sədri Rufulla Axundzadə və dinşünas hacı Zülfüqar Mikayılzadəyə qarşı ittihamları səsləndirib.
Şahidlər ziddiyyətli ifadələr versələr də ittihamçı tərəf onları qəbul edib. Prokuror Mövsüm Səmədov, Vaqif Abdullayev və Fərəməz Abbasovun hərəsinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Firdovsi Məmmədrzayev və Dəyanət Səmədova isə 11 il iş istənilib.
İttihamçı tərəf Zülfüqar Mikayılzadənin himayəsondə azyaşlı uşağın olmasını nəzərə alaraq ona 5 il müddətinə şərti cəza istəyib.
Bundan sonra məhəkəmə müşavirəyə gedib. Qərarın oktyabrın 3-də keçiriləcək növbəti dinləmə zamanı çıxarılaxcağı bildirilir.
Xatırladaq ki, Mövsüm Səmədov yanvarın 7-də saxlanılıb. Ona qarşı 13 sutkalıq həbs qəti imkan tədbiri seçilib. Yanvarın 20-də isə Nəsimi rayon məhkəməsi ona qarşı 3 aylıq qərarı çıxarıb. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə cinayət işi başlanılıb. AİP sədri hakimiyyəti zorla ələ keçirməyə və onu saxlamağa cəhd, silah və silah kimi istifadə edilə biləcək əşyaların saxlanmasında günahlandırılır.