İran Türkiyə ərazisində qurulacaq NATO RƏM sistemi ilə bağlı bir daha narahatlığını bildirib.
SalamNews-un “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, İranın müdafiə naziri Əhməd Vahidi aralarında Çin, Rusiya və Azərbaycan nümayəndələrinin də olduğu hərbi ataşelərin konfransında çıxış edib: "İran, Türkiyə torpaqlarına qurulacaq NATO RƏM sistemi ilə bağlı narahatdır".
Vahidi, Türkiyə ərazisində qurulacaq RƏM sistemi ilə bağlı İranın mövqeyini açıqlayıb. Sistemin İran sərhədindən 700 kilometr uzaqda qurulacağını xatırladan İran müdafiə naziri deyib: "Türkiyənin qərarından narahatıq. Ancaq sistem İrana qarşı təsirli olmayacaq".