The Guardian qəzetinin məlumatına görə, şuranın işçi kabineti səsvermə keçirib, 18 nəfər boykotun aradan götürülməsinə, 8 nəfər isə leyhinə səs verib. Böyük Britaniyanın Müsəlman Şurası Holokost qurbanlarının xatirəsini yad etməyə razılıq verib.
Bu barədə The Guardian qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, şuranın işçi kabineti səsvermə keçirib, 18 nəfər boykotun aradan götürülməsinə, 8 nəfər isə leyhinə səs verib. Şura üzvlərinin fikrinə görə, Holokost gününü yad etməkdən imtina etdiklərinə görə mütəmadi olaraq antisemitizmdə ittiham olunublar. Bu isə öz növbəsində onlara digər dini məzhəblərlə əməkdaşlıq etməkdə çətinlik yaradıb.
Xatırladaq ki, şura 2011-ci ildən Holokostu yad etmə gününü boykot edib. Belə ki, Britaniya müsəlmanları Ruanda və Srebrenitçedəki soyqırmın diqqətdən yayındığını bildirirdilər. Şura bir neçə dəfə həmin günü yalnız Holokost qurbanları kimi yox, soyqırım qurbanları kimi adlandırmağı təklif edib.
Qeyd edək ki, 2006-cı ilə kimi Holokost günü müxtəlif ölkələrdə müxtəlif günlər yad edilib. Amma 2005-ci ilin noyabrın 1-də BMT-nin Baş Assambleyası 27 yanvar tarixini rəsmi olaraq beynəlxalq Holokost günü kimi adlandırıb.