Yəmənin müdafiə naziri Məhəmməd Naser Əliyə sui-qəsd edilib. APA-nın məlumatına görə, nazir silahlı hücum zamanı xəsarət almayıb.

Nazirin maşını tuneldən çıxan zaman terrorçu trotil yüklənmiş avtomobili maşın karvanının qarşısında partladıb. Partlayış nəticəsində nazirin yeddi mühafizəçisi yaralanıb. Yaralıların hamısı qarşıda birinci maşında olublar. İkinci maşında olan nazir isə yaralanmayıb. Digər bir məlumata görə, terror aktı nəticəsində ən azı 10 nəfər yaralanıb.