Oxucu sual verir: Qüsl alan zaman baş və boyun yuyulduqdan sonra dərhal bədənin sağ və sol tərəfini yumağa başlamaq lazımdır?
Əksər müctəhidlərin rəyinə görə, qüsl zamanı baş və boyun hissəni tam yuduqdan dərhal sonra bədənin sağ tərəfini, sonra da sol tərəfini yumaq lazımdır. Ayətullahül-üzma Seyyid Əli Sistaninin son rəyinə görə, başla boyun yuyulduqdan sonra ehtiyata görə, duşun altından azacıq kənara çəkilmək, sonra yenidən suyun altına qayıdaraq bədənin sağ tərəfini yumaq lazımdır. Bu fətva vacib ehtiyata əsaslanır, yəni qəti hökm deyil, bunu etməmək qüslü pozmaz. Çünki digər ələm müctəhidlər bu şərti qoymurlar. Amma Seyyid Sistaninin müqəllidlərinin bu fətvadan xəbərdar olduqdan sonra ona əməl etmələri məsləhətdir. Bu fətva ardıcıl şəkildə su gələn, yəni suyun arası kəsilməyən şəbəkələrə aiddir.