Oxucu sual verir: Elə şəxslər var ki, namazı şiə (cəfəri) məzhəbinə uyğun şəkildə, amma möhürsüz qılırlar. Bu, nə dərəcədə düzgündür?
İnsan ibadətə başladıqda hansı məzhəb üzrə namaz qılacağını müəyyən etməlidir. Namazın düzgün olması və qəbula yetməsi üçün insan onu düzgün saydığı məzhəbin şəriətinə uyğun şəkildə qılmalıdır. Əgər cəfəri məzhəbindədirsə, möhür qoyaraq namaza başlamalı və cəfəri məzhəbinin şəriətində nəzərdə tututlmuş qaydalara riayət etməlidir. Əgər əhli-sünnə məzhəbinə etiqad edirsə, namazı da o məzhəbə uyğun formada yerinə yetirməlidir. Namaz əməllərində qarışıqlıq yaratmaq, yarısını bir məzhəbə, yarısını da başqa məzhəbə uyğun qılmaq düzgün deyil. Bu halda namaz heç bir məzhəbə uyğun sayılmır, çünki hər iki məzhəbin görüşlərinə zidd şəkildə qılınmış olur.