Misirdə hakimiyyəti müvəqqəti idarə edən Ali Hərbi Şuranın rəsmilərinin seçkilərlə bağlı bəyanatları ölkəni yeni qarışıqlığa sürükləyir.
(dunyabulteni) Qeyd edək ki, Ali Hərbi Şura rəsmiləri ölkədə seçkilərin təxirə salına biləcəyini bildirmişdilər.
Misirin "Əl-Mısr Əl-Yovm" qəzetinin xəbərinə görə, Şuranın bu qərarı ölkədə sərt tənqidlərlə qarşılanıb. "Müsəlman Qardaşlar" hərəkatına bağlı olan Azadlıq və Ədalət Partiyası tərəfindən verilən açıqlamada deyilir ki, seçkilərin heç bir ciddi əsas olmadan təxirə salınması yolverilməzdir. Partiyanın baş katibi Məhəmməd Səid əl-Katatni tərəfindən "Twitter" vasitəsilə edilən şərhdə deyilir ki, əgər Hərbi Şura əsassız olaraq seçkiləri təxirə salmaq barədə qərar versə, ölkədə Hərbi Şuranın devrilməsinə istiqamətli yeni inqilabi hərəkata başaqlayacaqlar.