Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Səud Əl-Faysal BMT-nin 66-cı sessiyasının toplantısında çıxışı zamanı Fələstinə tam dəstək verib.(AA) O, BMT-yə üzv ölkələri Fələstin dövlətini tanımağa çağırıb. Çıxışından sonra verdiyi yazılı açıqlamasında Səud Əl-Faysal 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin tanınmasını istəyib. O, Fələstinin BMT-yə üzv olmaq haqqının olduğunu qeyd edib.
Açıqlamada, həmçinin Suriya və Yəmən hökumətlərinə də müraciət ünvanlanıb. Hər iki ölkə rəhbərlərinə səslənən Səud Əl-Faysal dinc nümayişçilərə qarşı güc tətbiqinə son verilməsinə və onları müxalifət ilə dialoqa getməyə çağırıb.