Jurnalist Camal Kaşıkçının qətlini Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman planlaşdırıb. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.
"Şahzadə qətldən hələ bir əvvəl açıqlamaşdı ki, əgər Kaşıkçı vətənə dönməkdən imtina etsə "onu güllə gözləyir", qəzet yazır.
Beləliklə, şahzadə Kaşıkçını fiziki olaraq ortadan qaldırılmasını arzuladığını nümayiş etdirib.
Qəzetin məlumatına görə, şahzadənin məsləhətçiərindən biri Turki Aldaxil ABŞ rəsmiləri ilə görüşdə, Məhəmməd bin Salmanın Kaşıkçının tənqidi məqalələrindən narahat olduğunu deyib.
"2017-ci ilin sentyabr ayında şahzadə bildirib ki, əgər Kaşıkçını yalan yolu ilə Ər-Riyada gətirmək mümkün olmasa, o zaman bunu güc tətbiq edərək etmək lazımdır. Əgər hər iki variant da uğursuz olarsa, güllədən istifadə etmək lazımdır", qəzet yazır.