Amma bu heç də İsrail rejiminin səhvini başa düşməsi anlamına gəlmir. Əksinə özünü haqlı çıxarmaq istəyir. Belə ki, söhbət Türkiyənin razılaşmadığı "qarşılıqlı üzr və barışıq"dan gedir. İsrail rejimi prezidenti Şimon Peres Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan üzr istəməyə hazır olduğunu bəyan edib. Bu barədə "Kursor" portalı İsrail rejimində olan KİV-lərə istinadən məlumat yayıb.
Məsələ Türkiyənin imtina etdiyi ABŞ-ın təklifindən ibarətdir. Qüdsdə bəzi yüksək çinli mənbələr hesab edirlər ki, bu təşəbbüs hələ ki, müzakirə edilir və ola bilər ki, bu, iki ölkə arasında böhrana son qoya bilər. Söhbət Pereslə Ərdoğanın mümkün görüşündən və "qarşılıqlı üzr və barışıq"dan gedir. Türkiyədəki mənbələr qeyd edir ki, söhbət "böhranı həll etməyə kömək
edəcək yaradıcı yanaşma"nın axtarışından gedir. ANS PRESS