“CNN International”a müsahibə verən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə İsraildən reaksiya gəlib.
SalamNews-un “İhlas”a istinadən verdiyi xəbərə görə, İsrailin Baş naziri Benjamin Netanyahu Ərdoğanın sözlərini "çirkin" və "yalan" adlandırıb.
Ərdoğan, “CNN”ə verdiyi müsahibədə vurğulayıb: "İsrail yüz minlərlə fələstinlini öldürüb, amma soyqırımdan istifadə edərək həmişə özünü qurban kimi göstərir”.
İsrail Baş naziri Netanyahu “Jerusalem Post” qəzetinə verdiyi açıqlamada, Ərdoğanın söylədiklərinə cavab verib: "Bu çirkin iddiaların həqiqətlə əlaqəsi yoxdur. Soyqırımdan istifadə etmirik. Belə sözləri bir türk liderdən eşitmək bizi çox kədərləndirir”.
İsrail xarici işlər naziri Aviqdor Liberman isə Ərdoğanın yenə də İsrailə şifahi şəkildə hücum etdiyini bildirib: "Ərdoğanın açıqlamaları İsrailin piyarı üçün çox yaxşıdır”.