Oxucu sual verir: İmam Əlinin (ə) hansı ləqəbləri olub?
İmam Əli ibn Talibin (ə) müxtəlif ləqəbləri olub. Bu ləqəbərin bir hissəsini ona Həzrət Mühəmməd Peyğəmbər (s), bəzilərini valideynləri, bəzilərini müasirləri, bəzilərini də sonrakı dövrlərdə vermişlər. İmamın ən məşhur ləqəbləri bunlardır: Heydər (aslan), Heydəri-kərrar (ardıcıl hücum edən aslan), Mürtəza (Allahın razı olduğu və bəyəndiyi şəxs), Əmirəl-möminin (möminlərin başçısı), Əsədullah (Allahın aslanı), Şahi-mərdan (igidlərin şahı), Əbu Turab (torpağın atası və ya torpağa bulaşmış), Seyfullah (Allahın qılıncı), Siddiqül-əkbər (ən böyük doğrucul), Faruq (haqq ilə batili fərqləndirən), Əbülhəsən və s.