Bu gün Moskvada 35 ölkədən Quranı yaxşı bilənlər arasında müsabiqə keçirilib. Müsabiqə ondan ibarətdir ki, iştirakçılar İslamın müqqədəs kitabını əzbər oxuyublar. Müsabiqədə ilk dəfə Belçika, Fransa, Böyük Britaniya, Əfqanıstan, Yunanıstan, Bosniya və Herseqovina, Qana, Tanzaniya, Somali, Suriya, Kamerun və digər ölkələrin hafizləri qatılıblar.
SalamNews İTAR-TASS-a istinadən xəbər verir ki, müsabiqənin galibi 28 yaşlı fələstinli Səid Daud olub. İkinci yeri Mərrakəşi təmsil edən gənc tutub. Səudiyyə Ərəbistanının təmsilçisi 20 yaşlı gənc üçüncü olub.
Qonaqlar Rusiya paytaxtın qonaqları şəhərin görkəmli yerləri ilə tanış olublar. Onlar mərkəzi meydanı və Poklonnaya dağında yerləşən memorial məscidi ziyarət ediblər. Sonda müsabiqə iştirakçılarının şərəfinə ziyafət verilib.