İstiqlaliyyət müharibəsində yunanların atdığı top mərmisi 85 ildir ki, Türkiyədəki məscidin divarında qalır. Türkiyədə İstiqlalaliyyət müharibəsi dövründə işğalçı yunan ordusuna aid bir batalyon 8 sentyabr 1922-ci il cümə günü muharibə meydanını tərk edib qaçarkən Manisa vilayəti Saruhanlı rayonunun Cibilli təpəsindən şəhəri top atəşinə tutubmuş.
Atılan üç top mərmisindən ikisi düşdüyü yerdə partlayıb. Ancaq top mərmisinin biri cümə namazı qılınan məscidin divarına girib və orda partlamadan qalıb.
Bu hadisədən sonra əhali həmin mərmini olduğu yerdən çıxarmayıb. Mərmi 85 ildir ki, məscidin divarındadır və əhali tərəfindən qorunur.