. Paris bələdiyyəsi şəhərdə məscid və İslam mərkəzi tikilməsinə qərar verib.
SalamNews-un "MehrNews"a istinadən verdiyi xəbərə görə, bu qərar küçələrdə və ictimai yerlərdə namaz qılmağı qadağan edən qanunun qəbul edilməsi ilə əlaqədar çıxarılıb.
Məscid Parisin ən qədim məhəllələrindən birində tikiləcək. Şəhər bələdiyyəsi artıq ərazi üçün 3 illik icarə pulunu ödəyib və İslam Mərkəzinin tikilməsinə maddi yardım göstərməyə söz verib.