“Türkiyə hökuməti Azərbaycanın iqtisadiyyatına zərər gətirəcək hər hansı addım atmaz”. Bunu SalamNews-a açıqlamasında Danimarka parlamentinin türkəsilli deputatı Hüseyn Arac tankerlər vasitəsilə Ceyhan limanından İsrailə göndərilən Azərbaycan neftinin Türkiyə tərəfindən kəsilmə ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibətində bildirib.
Deputat Türkiyənin Ceyhan limanından İsrailə göndərilən Azərbaycan neftinin qarşısını alacağına inanmadığını söyləyib: “Türkiyənin daxili işlərinə qarışmaq niyyətim yoxdur. Düşünürəm ki, Türkiyə-İsrail arasındakı münasibətlər nə qədər gərginləşsə də, amma rəsmi Ankara bu cür addımı qətiyyən atmayacaq”.
H.Arac vurğulayıb ki, Türkiyə-İsrail arasında yaranan gərgin vəziyyət tezliklə diplomatik yolla aradan qalxmalıdır. Əks halda bunun böyük fəsadlar törədəcək.