Sentyabrın 29-dan oktyabrın 1-nə kimi Qazaxıstanın paytaxtı Astanada İslam Konfransı Təşkilatına daxil olan ölkələrin səhiyyə nazirlərinin toplantısı keçiriləcək.
APA-nn İKT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə uşaq ölümünün azaldılması, qadınların sağlamlıq problemləri və islam ölkələri üçün digər aktual məsələlər gündəlikdə əsas yer tutur.
Görüşə Azərbaycan da dəvət olunub.