Fələstinin "FƏTH" təşkilatının öndə gedən adlarından olan Nəbil Şaat açıqlamasında bildirib ki, Fələstinin müstəqillik üçün BMT-yə təqdim etdiyi məktub təşkilatın Təhlükəsizlik Şurasına təqdim edilib.
(AA) O, Təhlükəsizlik Şurasının məsələyə ən qısa müddətdə baxması üçün BMT-dəki Fələstin nümayəndəliyinin böyük səylər göstərdiyini dilə gətirib. Nəbil Şaat qeyd edib ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 9-u fələstinlilərin müraciətinə müsbət cavab verəcəklərini indidən bildiriblər.