Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Nyu-Yorkda məşhur jurnalist Fared Zəkəriyyənin suallarını cavablandırıb.
SalamNews-un DHA-ya istinadla verdiyi xəbərə görə, CNN televiziya kanalının ''GPS' 'proqramında yayımlanan müsahibədəjurnalistin Suriya dövlət başçısı Bəşar Əsədlə bir yerdə istirahət etdikləri haqqında xəbərlərin yayılması ilə bağlı sualına cavab verən Ərdoğan bildirib ki, Əsəd ilə doğurdan da bir istirahət bölgəsində görüşüb. Ancaq orada sadəcə, iki ölkə arasındakı münasibətlər müzakirə edilib.
Bəşər Əsədin ən axırda səbr kasasını doldurduğunu söyləyən Ərdoğan vurğulayıb: "Hüquq və azadlıqlara qarşı çıxsan qardaşım və dostum olaraq ürəyimdəki yerini itirərsən. Çox səbirliydim. Səbir, səbir, səbir. Axırda dözə bilmədim”.