BMT-nin Təhlükəsizlik Şurası Fələstinin tamhüquqlu üzv kimi təşkilata daxil olması məsələsinin baxılmasına başlayır. Bu gün BMT-də gələcək planları müəyyənləşdirmək üçün məsləhətləşmələr keçiriləcək.
SalamNews İTAR TASS-a istinadən xəbər verir ki, sentyabrın 23-də Mahmud Abbas BMT-nin Baş katibi Pan Gi Muna Fələstinin məstəqiliyini tanınması və BMT-də tamhüquqlu üzüv olması üçün rəsmi ərizə təqdim edib.
Pan Gi Mun ərizəni Təhlükəsizlik Şurasına verib. Bu ərizəyə TŞ-da baxılmalı və Baş Assambleya məsləhətlərini irəli sürməlidir.
BMT nizamnaməsnin 4-ü maddəsinə əsasən, “təşkilata üzüvlüyə qəbul olunmaq bütün sülhsevər dövlətlər üçün açıqdır, hanıski nizamnaməyə riayət etməlidirlər. Təşkilata üzüvlüyə seçilmək BMT-nin TŞ-nın tövsiyəsi və Baş Assambleyanın qərarı ilə gəbul olunurlar”.
BMT TŞ-nın reqlamenti əsasında, şuranın məsləhətləşmələri zamanı bu məsələ ilə bağlı hər hansı qərar qəbul oluna bilər.
ABŞ administrasiyası dəfələrlə bildirib ki, əgər Fələstinin müstəqillik ilə bağlı ərizəsinə baxılarsa, ABŞ veto hüququndan istifadə edəcək.