Səudiyyə Ərəbistanı kralı Abdalla ölkəsinin qadınlarına seçkilərdə səsvermə və Səudiyyə Ərəbistanın Ali Məsləhətçi Şurasına (Məclis əs-Şura) seçilmək hüququ verib.
SalamNews Jamejamonline-a istinadən xəbər verir ki, kral Abdalla Məclis əs-Şurada çıxışında deyib ki, üləmalər şurası ilə danışıqlardan və bir sıra məsləhətlərdən sonra, biz Şuraya qadınların tamhüquqlu üzv kimi daxil olmasına qərar verdik. Qadınlar bələdiyyə seçkilərinə öz namizədliyini irəli sürməyə və səs hüququna malikdilər. Dəyişikliklər cümə axşamına planlaşdırılmış bələdiyyə seçkilərindən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, bu Şuraya üzv seçilmək üçün səlahiyyəti kral özü verir. Səudiyyə Ərəbistanı yeganə islam dövlətidir ki, qadınların seçkilərdə iştirak vı səsvermə hüququna icazə verilmir.