Bazar günü İraqın Kərbəla şəhərində iki güclü partlayış baş verib. Bu barədə polis nümayəndələri bildiriblər
.
"RİA Novosti"nin verdiyi xəbərə görə, partlayışlar nəticəsində 12 nəfər həlak olub, 30 nəfərə yaxın yaralanıb.
Hadisələrin təfərrüatları haqda məlumat verilmir.