Oxucu sual verir: Dəstəmaz zamanı ağıza su almaq lazımdırmı?
Ağıza su alıb yaxalamaq məsələsində məzhəblərin mövqeləri fərqlidir. Yalnız hənəfi məzhəbində ağzı və burnu yaxalamaq təkid edilən sünnət hesab edilir və vacib hökmünə (fərz yox) bərabər tutulur. Bütün digər məzhəblərdə isə ağıza su alıb yaxalamaq dəstəmazın vacib (fərz) əməllərindən deyildir. Lakin bütün İslam məzhəblərində dəstəmazdan əvvəl ağzı və burunu su ilə yaxalamaq müstəhəb (sünnə) sayılır. Bunların hər birini 3 dəfə etmək gərəkdir. Suyu ovucla götürüb ağıza alır, 3 dəfə yaxalayıb çölə boşaldırlar. Eləcə də, ovucla suyu götürüb buruna çəkir və çölə boşaldırlar. Şəriət terminində ağzı yaxalamaq “məzməzə”, burnu yaxalamaq “istinşaq” adlandırılır.