Pakistanın ali hərbi komandanlığı Əfaqnıstan taliblərinin ən qüdrətli birləşmələrindən olan Xəqqani qəbiləsi ilə əlaqələrini etiraf edib. SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Pakistanın Birləşmiş Kəşfiyyat İdarəsinin rəisi general Əthar Abbas bildirib.
Onun sözlərinə görə, istənilən ölkədə kəşfiyyat xidmətləri müxalifət, hətta terror təşkilatları ilə əlaqə qurmağa çalışır. Amma regionda vəziyyəti normallaşdırmaq üçün qurulan əlaqələri ABŞ qüvvələri ilə mübarizə aparanlara dəstək kimi qiymətləndirmək olmaz.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Hərbi Qüvvələri qərargahlar rəisləri Komitəsinin rəhbəri admiral Maykl Mallen rəsmi İslamabadı Cəlaləddin Xəqqaninin silahlı birləşmələrinə dəstək verməkdə ittiham etmişdi. Admiralın sözlərinə görə, məhz bu qruplaşma Əfqanıstanda ABŞ ordusuna qarşı bir sıra hücumlar təşkil edib