İsrail rejiminə gedən neftin böyük bir qisminin Türkiyə üzərindən daşındığını yazan İsrail rejiminin mətbu orqanları maraqlı fikir irəli sürüblər. "Baş nazir Ərdoğan İsrail rejiminin “şah damarı”nı kəsəcəkmi?" sualı ətrafında baş sındıran sionist mətbuatı Türkiyənin belə bir addımı nə dərəcədə ata biləcəyini araşdırıb

Sionist mətbu orqanlardan olan "Globes" yazır ki, İsrail rejiminin Türkiyə üzərində aldığı neft beynəlxalq razılaşmalar əsasında alınıb və Türkiyə bu razılaşmaları poza bilməz. Yazıda o da qeyd olunub ki, İsrail rejiminin hökuməti "ölkə"nin cənub ərazilərində yeraltı neft anbarları yaradıb. Bu anbarların yaradılmasında məqsəd ola biləcək hər hansı müharibə zamanı yanacaq qıtlığı yaşanılmamasıdır.
İsrail rejiminin mətbu orqanlarının belə bir mövzuya əl atmasının səbəbi isə tərəflər arasında mövcud olan siyasi gərginlikdir. Xatırladaq ki, Türkiyə İsrail rejimi ilə diplomatik əlaqələri ikinci katib dərəcəsinə qədər endirib.