Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan zalı tərk edib.
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir erməni prezidentinin qondarma Dağlıq Qarabağ rejimi haqqında səsləndirdiyi mənasız fikirləri dinləmək istəməyərək iclas zalını tərk etmək qərarına gəlib.
Baş nazir Ərdoğan Fələstin lideri Mahmud Abbasın çıxışı zamanı zala qayıdıb.