Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP-ın qərargahında keçirilən toplantıda Türkiyə-İsrail arasında yaranmış soyuq münasibətə fikrini bildirib.

SalamNews-un verdiyi xəbərə görə, Ə.Əhmədov deyib ki, Azərbaycan iki ölkə arasında mövcud olan narazılıqların yaxşılaşdırılması üçün vasitəçilik etməyə hazırdır.
YAP-ın İcra katibi vurğulayıb ki, Azərbaycan Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşməsini istəmir, çünki Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətləri var.
O, Türkiyə-İsrail arasınada yaranmış problemin diplomatik çərçivədən kənara çıxmamasını arzulayır: "Əgər Azərbaycan seçim qarşısında qalarsa, təbii ki, İsrailin yox, qardaş Türkiyənin yanında olacaq”.