Oxucu sual verir: Qadın heyz müddəti boyunca geyindiyi paltardan və yatdığı yataqdan heyz bitdikdən sonra da istifadə edə bilərmi?
İslamdan əvvəlki bəzi batil əqidələrdə heyzli qadın fiziki olaraq murdar sayılırdı. Heyz dövründə qadının xörək bişirməsinə, cəmiyyət içinə çıxmasına, əri ilə eyni yataqda yatmasına icazə verilmirdi. İslam dini bu təsəvvürü dəyişdirdi. Dinimizə görə, müsəlman qadın zatən (fiziki olaraq) pakdır. Heyz müddəti qadına murdarlıq gətirməz. Heyzin napaklıq adlandırılmasının səbəbi budur ki, həmin dövrdə qadın ibadət etmək haqqından məhrumdur, Quran xəttinə toxuna, Quran oxuya bilməz və s. Əgər qadının libası və yatağı heyz qanına bulaşmayıbsa, pak olduqdan sonra da bunlardan istifadə etməyin maneçiliyi yoxdur.