Oxucu sual verir: İnsan bir işin həyata keçməsi üçün nəzir deyir, amma həmin iş həyata keçəndə dediyi nəziri yerinə yetirməyə imkanı olmur. Bu halda nə etməlidir?
Nəzirə mütləq əməl etmək lazımdır. Lakin diqqət yetirilməli əsas məsələlərdən biri budur ki, insan imkanı çatan miqdarda nəzir deməlidir. Buna görə də nəzir deyərkən düşünmək lazımdır ki, vaxtı çatanda buna əməl etmək mümkün olacaqmı? Təəssüf ki, bəzən insanlar gücləri çatmayan, imkanlarından çox yüksək olan nəzirlər deyirlər. Belə bir yanlışlığa yol vermiş şəxs həmin imkanı nə zamansa əldə edəcəyini güman edirsə, o müddətə kimi gözləməli, imkan yarandıqda dediyi kimi nəzirə əməl etməlidir. Əgər dediyi nəzirə heç zaman tam əməl edə bilməyəcəyinə əmindirsə, bu halda nəzirə bacardığı səviyyədə əməl etməlidir. Üstəlik, bu cür yanlışlığa yol verdiyi üçün tövbə etməlidir.