Oxucu sual verir: İnsan namaza başladıqdan sonra başqasının ona iqtida etdiyini bilsə, nə etməlidir? Namazın niyyətində dəyişiklik etməlidirmi?
Namazın niyyətindəki fərqlərdən biri də budur ki, namazı tək halda (buna “furada namaz” deyilir) yaxud camaatla qılmaq üçün niyyət edilsin. Bu niyyət fərqi iqtida edən şəxsə, yəni imam-camaatın arxasında durub ona iqtida edən şəxsə aiddir. O, camaat namazı qılırsa, qarşıdakı imam-camaata iqtida etdiyini niyyət etməlidir. Amma imam-camaatın niyyəti dəyişmir. İmam istər tək halda namazını qılsın, istərsə də başqası ona iqtida etsin, onun niyyəti tək (furada) namaz qılmaqdır. Camaat namazına başlayanda da imam-camaat bununla bağlı heç bir fərqli niyyət etmir, tək halda namazını qılan şəxs kimi davranır. Ona görə də namazın ortasında kimsə ona iqtida etmək istəsə, imam-camaatın niyyətində dəyişiklik olmayacaq.