Oxucu sual verir: Dəstəmaz almağa başlayarkən ayaqları yumaq olarmı?
Əhli-sünnə məzhəbinə görə, dəstəmaz zamanı ayaqları yumaq lazımdır, yalnız bəzi zəruri hallarda corabın üzərindən məsh çəkməyə icazə verilir. Cəfəri məzhəbində isə dəstəmaz zamanı ayaqları yumaq olmaz. Ayaqların üzərinə məsh çəkmək lazımdır. Əvvəlcə sağ əllə sağ ayağın, daha sonra sol əllə sol ayağın üzərinə məsh çəkilir. Ayaqlar kirli və ya tərlidirsə, dəstəmazdan aəvvəl onları yumaq lazımdır. Amma bu zaman diqqət etmək lazımdır ki, yuduqdan sonra ayaqların üzəri tam qurusun. Əgər ayaqların üzəri yaş qalmışsa, məsh çəkmək olmaz; qurudub, sonra məsh çəkmək lazımdır.