Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ televiziyalarından birinin qonağı olub.(ensonhaber) Ərdoğan verilişdə aparıcının suallarının hamısını cavabsız qoymayıb.

Veriliş boyu İsrail rejiminə qarşı ifadələr işlədən Ərdoğan aparıcının "İsrailin “Mavi Mərmərə” hücumunu müharibənin başlanma səbəbi kimi görürsünüzmü?" sualına belə cavab verib: "Lazım gələrsə, bu da ediləcək. Biz böyük dövlət olaraq bu məsələdə bir az səbir etdik. Görəsən ABŞ vətəndaşlarına qarşı belə bir cinayət törədilsəydi və 9 vətəndaşı beynəlxalq sularda öldürülsəydi, o zaman sizin hökumət nə edərdi? Buna normal hadisə kimi baxardımı? Bizim hazırda baxışımız da budur".cnnturk