Oxucu sual verir: Ailənin körpə uşağı ölsə, sonra doğulan uşağa həmin körpənin adını qoymaq olarmı? Bu hərəkət ikinci uşağa bədbəxtlik gətirməz ki?
Xalq işində gəzən inanca görə, dünyasını dəyişmiş şəxsin adını diri adama qoymaq guya bədbəxtlik gətirir. Guya bu halda həmin şəxs mərhumun taleyini yaşayır. Bu üzdən bəzən baba-nənələr öz sağlıqlarında adlarının nəvəyə qoyulmasına razılıq vermirlər, yaxud uşağın valideynləri bunu istəmirlər. Bu qorxunun heç bir əsası yoxdur. Bir adama başqasının adını qoymaqla həmin adamın taleyi ona verilməz. Tale, xoşbəxtlik və ya bədbəxtlik ad ilə ötürülməz. Tarixdə buna minlərlə sübut vardır. Körpəsini itirmiş valideynlər tam rahatlıqla həmin adı sonra doğulan uşağa qoya bilərlər. Bu zaman ikinci uşağı da itirməkdən qorxmaları əsassızdır. Hər kəs onun üçün yazılmış ömrü yaşayır və hər kəsin öz müəyyən edilmiş əcəli vardır.