Hollandiya parlamentinin iclasında çıxış edən, radikal sağcı və İslama qarşı mənfi münasibəti ilə seçilən Azadlıq Partiyasının deputatı Raymond de Run Baş nazir Ərdoğanı ağır şəkildə təhqir edib.
SalamNews-un “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı ölkənin Baş naziri Mark Rutte "Bizə dost ölkə olan Türkiyənin Baş naziri ilə bağlı belə sözlər söyləyə bilməzsən” deyərək, partiya lideri Gert Vildersdən üzr istəməsini tələb edib.
Partiya lideri Vilders isə cavabında deyib: “Bunu partiyamızın üzvü Raymond de Run söyləyib, mən söyləməmişəm. Amma buna baxmayaraq, mən də onun sözlərini dəstəkləyirəm və üzr istəməyəcəm”.
Vildersin bu sözlərindən sonra parlamentdə qarışıqlıq yaranıb. Parlamentdə başlayan mübahisələrlə əlaqədar iclasa ara verilib.