Oxucu sual verir: Deyirlər ki, dünyasını dəyişmiş şəxsin paltarlarını geyinmək insana bədbəxtlik gətirir. Bu fikir doğrudurmu?
Dünyasını dəyişmiş insanın paltarları heç bir bədbəxtliyə səbəb ola bilməz. Bu inancın dinlə və sağlam məntiqlə əlaqəsi yoxdur. Mərhumun yaxınları onun paltarlarından istədikləri kimi istifadə edə bilərlər. Paltarlar lazımsızdırsa, onları tullamaq olar. Mərhumun yaxınları özləri də onun paltarlarını geyinə bilərlər. Daha savab olan budur ki, tanıdıqları kasıb və ehtiyaclı şəxslərə bu paltarları ehsan etsinlər. Bu halda həm ölünün ruhuna rəhmət oxunar, həm də bir ehtiyaclının çətinliyi aradan qalxar. Ənənəyə görə, mərhmun əynindəki paltarı mürdəşirə (ölü yuyana) verməyin də heç bir maneəçiliyi yoxdur.