Türkiyədə bu il yanvarın 12-də Böyük Millət Məclisində qəbul edilən hüquq mühakimə qanunu oktyabrın birindən etibarən qüvvəyə minəcək.
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu qanununa əsasən, mühakimə etmə üsulunda bəzi maddələr dəyişəcək. Ən diqqət çəkən dəyişiklik isə andiçmə mətni ilə bağlı olacaq. Belə ki, məhkəmə andlarından “Allah” kəlməsi çıxarılır. Məhkəmədə "Allahım və namusum üzərinə and içirəm” yerinə "Namusum, şərəfim və müqəddəs saydığım bütün inanc və dəyərlər üzərinə and içərəm" ifadəsi istifadə ediləcək.