Sionist İsrail rejiminin "Kanal 1" televiziyasının Türkiyənin baş naziri Ərdoğandan müsahibə almaq cəhdi boşa çıxıb.
BMT Baş Assambleyasındakı çıxışı öncəsi Türkiyənin Nyu-Yorkdakı konsulluğunda olan Ərdoğan burada bir türk ailəsi ilə söhbətləşib. Ailənin iki yaşlı körpəsi ilə oynayan Ərdoğan ondan müsahibə almaq istəyən "Kanal 1" televiziyasının heyətini yox sayıb. Türk ailəsi ilə görüşdən sonra isə birbaşa ABM-nin binasına gələn Ərdoğan burada da telekanalın israr etməsinə baxmayaraq, müsahibə verməyib.