. Rəsmi İslamabad ABŞ ordusuna Pakistan ərazisində əməliyyatlar aparmağa imkan verməyəcək.
SalamNews Газета.Ру-a istinadən xəbər verir ki, bunu Pakistanın daxili işlər naziri Rehman Malik bəyan edib. O deyib: “Pakistan xalqı ABŞ əsgərlərinə bizim torpaqlara daha heç vaxt ayaq basmağa icazə verməz. Bizim hökumət ABŞ-la əməkdaşlıq edir, lakin onlar bizim hakimiyyətimizə hörmət etməlidirlər”.
Ötən şənbə günü Pakistanda olan ABŞ səfiri bildirib ki, Əfqanıstandakı ABŞ nümayəndəlikləri “Həkkani”yə hücum edib.
Çərşənbə günü isə ABŞ nümayəndəsi Maykl Mallen Karneqi Fondunda çıxəçı zamanı söyləyib ki, onlar bütün məsələləri terrorçuların vasitəsi ilə həll etdiklərinə görə, Pakistan rəhbərliyi ittiham olunub.