Müstəqil Fələstin dövlətinin yaradılması lehinə xristianlar-ərəblər fələstin müsəlmanları ilə birgə çalışırlar. Bunu Qüdsün Pravoslav kilsəsinin arxiepiskopu Teodosios Atalla Hana deyib.
Arxiepiskop bəyan edir ki, “biz çiyin-çiyinə Fələstin xalqı- müsəlmanlar və xristianlar birgə azadlığımız və paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövlətini yaratmağa çalışırıq. Ümid edirik ki, ABŞ və Avropa Fələstin xalqının taleyleyinə və arzularına laqeyd olmaz".
SalamNews EuroNews-a istinadən xəbər verir ki, müxtəlif kilsələrin 56 min xristian hazırda İordan çayının Qərb sahilində və Qəzzada, katolik, pravoslav, kopt və digərləri yaşayırlar. Ərəb əhalisinin bir hissəsi kimi, onlar müstəqil Fələstin dövlətinin yaradılması lehinə çıxış edirlər.